
AFFA daha bir stadiona sponsor axtarır ÖZƏL!
- 06 Yan 2022 13:00
- 1028
AFFA bu yaxınlarda istifadəyə verilən Şamaxı stadionu üçün sponsor axtarışına çıxıb.
Rekord.az xəbər verir ki, federasiya "Bakcell Arena"da tətbiq etdiyi metodu Şamaxıda da təkrarlamaq istəyir.
Yəni sponsor tapılır, həmin sponsor stadionun xərclərini qarşılayır və əvəzindən stadion da həmin sponsorun adını daşıyır.
Maraq üçün deyək ki, "Sumqayıt"ın ev oyunlarını keçirdiyi stadion da sponsorlardan biri olan "Kapital Bank"ın adını daşıyır.