
AFFA “Azərenerji” ilə danışıqlar aparacaq
- 18 Yan 2022 13:00
- 829
AFFA-nın “Kür nur”u bərpa etmək istəyi haqda məlumat vermişdik. Daha doğrusu, Mingəçevirin “Region Liqası”ndakı hazırkı təmsilçisi “Energetik”in adını dəyişib “Kür nur” etməkl istəyirlər. Səbəb də budur ki, komanda "Azərenerji"dən maliyyələşdiyi üçün bu günə qədər "Energetik" adlanırdı. Lakin son zamanlar sözügedən şirkətdən komandaya heç bir dəstək yoxdur. AFFA da düşünür ki, əgər bütün xəci federasiya çəkəcəksə, o zaman başqa şirkətə məxsus ad niyə qalmalıdır ki, ondansa komandanın əvvəlki adı özünə qaytarılar.
Lakin Rekord.az xəbər verir ki, “Energetik” adı saxlanıla da bilər.
Əldə etdiyimiz məlumata görə, AFFA məsələ ilə bağlı “Azərenerji” ilə danışıqlar aparmaq istəyir. Əgər sözügedən şirkətlə sponsorluq məsələsində razılıq əldə olunsa, “Energetik” adı saxlanılacaq və komanda I Divizionda hazırkı adı ilə mübarizə aparacaq. Bir sözlə, hər şey şirkətdən gələcək cavabdan asılı olacaq.