Növbəti mövsümdən "Region Liqası"nda mübarizə aparacaq "Ağsu City" komandası uzun sürən çək-çevirdən sonra Ağsunun mərkəzi stadionunda məşq və oyun keçirməklə bağlı AFFA-dan razılıq ala bildi.

Lakin Rekord.az xəbər verir ki, komanda rəhbərliyi bunun üçün federasiyanın hesabına hər ay icarə haqqı olaraq, 1000 manat ödəyəcək.

Qeyd edək ki, Ağsu stadionu AFFA-nın hesabına tikilib və hazırda da federasiyanın balansındadır.