"Səbail"in sabiq baş məşqçisi Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olunub


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


48 yaşlı mütəxəssis daha öncə "Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi vəzifəsində çalışıb.


Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.