
Adı "Neftçi" ilə hallanana qapıçı "Sumqayıt"la Türkiyəyə gedir
- 11 Yan 2022 12:00
- 835
"Sumqayıt"ın qapıçısı Aydın Bayramovun "Neftçi"yə keçəcəyinəd air söhbətlər dolaşsa da, qapıçı hazırda Sumqayıt təmsilçisinin heyətində məqlərdə iştirak edir.
Rekord.az xəbər verir ki, qapıçı üçün bilet də alınıb və o, komanda ilə birgə Türkiyə toplanışına yollanacaq.
Qeyd edək ki, Bayramovun "Sumqayıt"la qüvvədə olan müqaviləsi var və bu da o deməkdir ki, əlcək sahibini almaq istəyən klub sumqayıtlılara təzminat ödəməlidir.