Adama Diakabi rəsmən “Qarabağ”da!
- 13 Yan 2023 15:45
- 896
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Ağdam klubu Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.
Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının formasını geyinib.

