"Qalatasaray"ın futbolçusu Rayan Babel və "Everton"da çıxış edən Cenk Tosunun İngiltərənin "Hall Siti" klubuna keçəcəyinə dair iddialar yayılıb.  Baş məşqçi postuna isə gürcü mütəxəssis Şota Arveladzenin keçəcəyi bildirilir.

Rekord.az xəbər verir ki, bu barədə "Bein Sport Türkiye" telekanalının eksperti Raçit Altun canlı yayımda danışıb: 

"Babelin "Hall Siti"yə transferindən danışılır. Cenk Tosunun da keçiri gündəmdədir. Acun Ilıcalı təcrübəli futbolçulara üstünlük verir. Bu oyunçular böyük məna kəsb edir. Baş məşqçi böyük ehtimalla Şota Arveladze olacaq..."

 

Xatırladaq ki, "Hall Siti" klubu bu yaxınlarda Türkiyənin tanınmış televiziya aparıcısı və iş adamı Acun İlicalı tərəfindən alınıb.