"Çelsi”nin sahibi, rusiyalı milyarder Roman Abramoviç Ukraynadakı vəziyyətə görə bir gündə təxminən 778 milyon avro itirib.

Rekord.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilib ki, London birjasında "Evraz" polad qrupunun səhmləri 29 faiz ucuzlaşıb. İnvestorlar Rusiya şirkətlərinə qarşı mümkün sanksiyalardan qorxurlar.

Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir.

Daha əvvəl bir sıra ölkələrin öz vətəndaşlarına təhlükəsizliklə əlaqədar Ukraynanı təcili tərk etməyi düşündüklərinə dair xəbərlər yayılıb.