
Abdullayev oynadı, komandası evdə uduzdu
- 07 Dek 2021 11:45
- 444
Futbol üzrə Kipr çempionatında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Apollon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Araz da bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb.
“Etnikos” 12 turdan sonra 5 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.