Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Sarıyer BLD" 22-ci tur çərçivəsində "İlbank" klubu ilə qarşılaşıb.

Görüş gərginliyi ilə yadda qalıb. Doğma meydanda baş tutan 5 setlik matçda Ayşən və rəfiqələri qələbəni son anda əldən veriblər - 2:3 (26:28, 25:18, 25:14, 13:25, 13:15).

Komandasının bir xal qazandığı qarşılaşmada millimizin üzvü 9 dəfə fərqlənib. Abduləzimova bu xallardan 5-ni hücumda, 3-nü eyslə, 1-ni isə blokda qazanıb.