
Abanq “Keşlə”də nə qədər maaş alırdı?
- 18 Dek 2021 17:00
- 1254
“Sumqayıt”la oyundan sonra “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Anatoli Abanqla yeni müqavilə imzalanmayacağını bildirib. Buna səbəb onun intizamsızlığından əlavə, həm də yüksək ödənişli futbolçu olmasıdır.
Rekord.az futbolçunun maaşı haqda məlumat əldə edib.
Belə ki, Abanq, “Keşlə”də aylıq 15 min manat maaş alır. Bu isə demək olar ki, ən yüksək maaş sayılır. Hətta onun bu qədər pul qazanması iki dəfə az maaş alan yerli futbolçular tərəfindən də narazılıqla qarşılanırdı. Bütün bunları nəzərə alan rəhbərlik, futbolçu ilə yeni müqavilə bağlamaqdan imtina edib.
Qeyd edək ki, bu ilin yanvarında “Keşlə”yə gələn Abanq klubla 1 illik müqavilə bağlamışdı və həmin müqavilənin müddəti 2022-ci ilin yanvarında bitir.