“Səbail”lə oyunda qırmızı vərəqə alaraq meydançadan qovulan Anatoli Abanqa klub tərəfindən heç bir cəza verilməyəcək.

Rekord.az xəbər verir ki, futbolçunun vərəqini mübarizə əzmi kimi qiymətləndirən rəhbərlik bu cür qərar verib.

Qeyd edək ki, daha öncə analoji addımı atan futbolçunun hərəkəti məsuliyyətsizlik kimi qiymətləndirilmiş və o, əvəzedici komandaya göndərilmişdi.