
A Seriyasında azarkeşlərlə bağlı yeni qərar
- 09 Yan 2022 17:00
- 459
İtaliya A Seriyasında son zamanlar ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq olunub.
Rekord.az xəbər verir ki, qəbul edilən qərara əsasən, yanvarın sonuna qədər çempionat matçlarına 5 min azarkeş buraxılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İtaliya A Seriyasında bu gün 21-ci turun matçları keçiriləcək. Yeni məhdudiyyətlər 22-ci turdan etibarən tətbiq olunacaq.