
A Seriyası matçında 23 yaşlı azarkeşin ürəyi dayandı
- 14 Dek 2021 19:00
- 496
Futbol üzrə İtaliya A Seriyasının 17-ci turu çərçivəsində keçirilən “Roma” – “Spetsiya” matçında xoşagəlməz hadisə yaşanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada romalı bir fanatın ürəyi dayanıb.
Həkimlər 23 yaşlı azarkeşə vaxtında müdaxilə edib. Onun həyatını defibrilyatorla xilas etmək mümkün olub və azarkeş xəstəxanaya aparılıb.
“Roma” – “Spetsiya” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.