
A Seriyası klubunda yeni baş məşqçi
- 16 Fev 2022 15:23
- 492
İtaliyanin “Salernitana” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisini Davide Nikola çalışdıracaq.
“Cenoa”, “Torino” kimi komandalarda da baş məşqçilik etmiş mütəxəssis yeni komandasında Stefano Kolantuononu əvəzləyib.
“Salernitana” A seriyasında 23 turdan sonra cəmi 13 xal toplayıb.