
A Seriyası klubunda baş məşqçi ayrılığı
- 29 İyn 2022 15:15
- 375
İtaliyanın “Spetsiya” komandasının baş məşqçisi Tyaqo Motta istefa verib.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Lakin ayrılığın səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, Motta 2021-ci ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. Həmin vaxt o, klubla 3 illik müqaviləyə imza atmışdı.