
57 ildən sonra təkrarlanan 10:0
- 17 Noy 2021 12:47
- 448
DÇ-2022-nin seçmə mərhələsində San Marinoya qarşı səfər oyunu İngiltərə millisi üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, Qaret Sautqeytin komandası bu oyundan 10:0 hesablı qələbə ilə ayrılıb.
İngiltərə millisi 57 ildən sonra ilk dəfə bir oyunda 10 qola imza atıb. Britaniyalılar sonuncu dəfə 1964-cü ildə ABŞ yığmasına eyni hesabla qalib gəlib.
Qeyd edək ki, İngiltərə yığması yer aldığı I qrupunu 26 xalla birinci pillədə bitirib və DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb.