52-ci dəfə Şotlandiya çempionu oldular
- 2022-05-12 16:44
- 377
Futbol üzrə Şotlandiya çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Seltik” cari mövsümün ən güclüsü olub.
Komanda pley-offda “Dandi Yunayted”lə heç-heçə edib – 1:1. Bu nəticədən sonra xalını 90-a yüksəldən “Seltik” çempionatın bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib.
Beləliklə, komanda tarixində 52-ci dəfə ölkə çempionu olub.