
5 milyon avroya alıb, 100 milyon qiymət qoydular
- 09 İyl 2023 15:41
- 313
“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi “Levante”nin yarımmüdafiəçisi Pepelunu transfer edib.
24 yaşlı ispan futbolçunun transferi “Valensiya”ya 5 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb, 100 milyon avro qiymət qoyulub.
“Levante”nin yetirməsi olan Pepelu “Tondela”, “Vitoriya” (Gimaraynş) və “Herkules”də də oynayıb.