İspaniyanın "Elçe" klubu uzun illərdən sonra "Barselona"ya qol vura bilib.

Rekord.az xəbər verir ki, bu, La Liqanın son turunda baş verib. "Nou Kamp"da keçirilən görüş "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Elçe"nin əlamətdar qolunu 62-ci dəqiqədə Tete Morente vurub.

“Worldfootball” nəşri "Elçe"nin sonuncu dəfə 1978-ci ildə "Barselona"ya qol vurduğunu yazıb. 1977-1978 mövsümündə keçirilən görüş Kataloniya klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.