
40 yaşlı Pepeyə yeni müqavilə təklifi
- 18 Yan 2023 12:00
- 379
"Portu" kapitanı Pepeyə yeni müqavilə təklif edib.
Rekord.az "CNN Portugal"a istinadən xəbər verir ki, klub 40 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə imzalamaqistəyir. Pepenin bu təklifə müsbət yanaşdığını bildirilir.
Qeyd edək ki, 2019-cu ildən "Porto"da çıxış edən Portuqaliya millisinin üzvü 2007-2017-ci illərdə "Real"da oynayıb. O, "Maritimo" və "Beşiktaş"da forma geyinib.