“Qranada” İspaniya La Liqasının 18-ci turunda “Malyorka”nı məğlub edib – 4:1.

Rekord.az xəbər verir ki, bu oyunda üç qol vuran Xorxe Molina çempionatın tarixinə düşüb.

“Qranada”lı hücumçu La Liqada het-trik edən ən yaşlı futbolçu olub. O, buna 39 yaş 241 günlüyündə nail olub.