Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx mövsümün sonunda istefa verəcək.

Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

58 yaşlı çalışdırıcı cari mövsümün sonunda 29 ildir çalışdığı "Frayburq"u tərk edəcəyini deyib.

Ştrayx 1995-ci ildən 2011-ci ilə qədər "Frayburq"un gənclər və U-19 komandalarında baş məşqçi olub. 2007-ci ildə əsas komandanın köməkçi məşqçisi olan çalışdırıcı 2011-ci ildən baş məşqçi postuna təyin edilib.

"Frayburq" hazırda Almaniya çempionatında 33 xalla 9-cu yerdədir.