
24-cü dəfə çempion oldular
- 16 Apr 2022 14:40
- 437
Futbol üzrə Slovakiya çempionatında cari mövsümün qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Slovan” pley-off mərhələsinin 6-cı turunda “Rujomberok”la heç-heçə edərək xalını 67-yə yüksəldib.
Bununla da, Bratislava təmsilçisi ən yaxın izləyicisi “Rujomberok”la xal fərqini 14-ə yüksəldib. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
“Slovan” ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub.