
2021-ci ilin gənc futbolçulardan ibarət rəmzi komandası açıqlandı
- 10 Dek 2021 18:00
- 490
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin 20 yaşadək futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.
Rekord.az xəbər verir ki, 3-4-3 taktiki sxemi üzrə seçilmiş 11 ən yaxşı futbolçu sırasında bu oyunçulara yer verilib:
Qapıçı: Anatoli Trubin ("Şaxtyor", Donetsk, Ukrayna);
Müdafiəçilər: Benua Badyaşil ("Monako", Fransa), Erik Qarsiya ("Barselona", İspaniya), Nuno Mendes (PSJ, Fransa);
Yarımmüdafiəçilər: Cud Bellingem ("Borussiya" Dortmund, Almaniya), Pedri ("Barselona", İspaniya), Eduardo Kamavinqa ("Real”, İspaniya), Bukayo Saka ("Arsenal", İngiltərə);
Hücumçular: Rodriqo ("Real", İspaniya), Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Camal Musiala ("Bayern", Almaniya).