"İrəvan" komandasının birdən birə I Divizionda peyda olması çoxları üçün gözlənilməz oldu. 

Rekord.az xəbər verir ki, daha çox həvəskar səviyyəli turnirlərdə oynayan komandanın anidən AFFA tərəfindən II yox, məhz I Diviziona buraxılması diqqətləri bu komandaya yönəltdi.

Saytımıza "İrəvan"la bağlı bəzi maraqlı məlumatlar daxil olub. Tarixi torpağımız olan İrəvanın adını daşıyan bu komanda hazırda çox güclü dayaqlara malikdir. Komanda ən üst səviyyələrdə də dəstək alıb və bu mənada AFFA-nın bu komandanı I Diviziona buraxmaması mümkün deyildi. Əldə etdiyimiz məlumatlardan belə qənaətə gəlmək olar ki, "İrəvan" əslində böyük bir layihədi. Həmin bu layihə üçün ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Yənu hədəf sadəcə I Divizionda iştirakla kifayətlənmək yox, yaxın gələcəkdə Premyer Liqaya vəsiqə qazanıb avrokuboklarda iştirak şansı qazanmaqdı. Bununla da İrəvanın tarixi Azərbaycan torpağı olduğunu bütün Avropaya sübut etmiş olacayıq. Komandanın "ASK Arena"nı uzun müddətli icarəyə götürüb adını dəyişmək planı da bu layihənin tərkib hissəsidir.