24-30 mart tarixlərdə Texniki universitetin idman sarayında 14 yaşa qədər oğlanlar və qızlardan ibarət komandaların iştirakı ilə Bahar kuboku 2022 Respublika turnirinə yekun vurulub. "Rekord.az" xəbər verir ki, ümumilikdə turnirdə 36 komanda iştirak edib.

 

Komandaların 24  oğlanlardan 12 qızlardan ibarət olub. Qızlar arasında finalda 2 nömrəli RİOEUGİM komandası Şağan Olimpiya-İdman Kompleksinin komandasına 66-55 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Oğlanların finalında isə Təhsil Respublika İdman Mərkəzinin yığma komandası 2 nömrəli RİOEUGİM komandasına 83:37 hesabı ilə qalib gələrək turnirin qalibi olub.