Futbol üzrə Uels millisi DÇ-2022-nin seçmə mərhələsində Belarusu darmadağın edib – 5:1.

Rekord.az xəbər verir ki, sözügedən matç uelsli futbolçu Qaret Beyl üçün əlamətdar olub. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Belarusla oyunda iştirak edən Beyl millidə 100-cü matçını keçirib. O, yığmada bu oyun sayına çatan ikinci futbolçu olub.

Uels yığmasında oyun sayına görə rekordçu Kris Qanterdir. O, millidə 106 oyun keçirib.