1-ci liqa klubları cərimələndilər
- 16:30
- 34
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci liqanın 22-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
MOİK – “Zaqatala” oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın futbolçusu Andzuno Eli ikinci sarıdan qırmız vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Cəbrayıl” 150 manat cərimə edilib.
“Mingəçevir” – “Difai” oyununda meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” 900 manat cərimə edilib.
“Səbail” – “Şimal” oyununda “Şimal” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” 210 manat cərimə edilib.