“Milan”ın ulduzu Zlatan İbrahimoviç açıqlama verib.

Rekord.az xəbər verir ki, “Lequipe” nəşrinə danışan isveçli hücumçu PSJ-nin qolkiperi Canluici Donnarummanın hazırda dünyanın ən yaxşı qapıçısı olduğu söyləyib:

“PSJ-nin məşqçisinin işi çətindir. Keylor Navas və Canluici Donnarumma kimi möhtəşəm qapıçısı var.

Amma hazırda dünyada Donnarummadan daha yaxşı qapıçı yoxdur. Bu haqda heç müzakirə etməyə dəyməz. Donnarumma mövqeyinin ən yaxşısıdır”.