![photo](https://www.rekord.az/uploads/5/a51c39ef-4248-36f5-bde9-c0c79b9bb10d-850-600x300.jpeg)
Yığmamız Gürcüstana qalib gəldi
- 2024-03-01 12:40
- 179
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandaya yoldaşlıq görüşündə qalib gəlib.
Rekord.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqibini məğlub edib.
Dörd partiya bərabərliklə yekunlaşıb, Ülviyyə Fətəliyeva isə görüşü qələbə ilə başa vurub. 3-cü tur millimizin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.
Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.