Türkiyənin qadın voleybolçulardan ibarət yığma komandası olimpiada ilə vidalaşıb. "Rekord.az" xəbər verir ki, Türkiyə millisi 1/4 finalda Cənubi Koreya ilə üz-üzə gəlib. 

Görüşün favoriti hesab olunan Türkiyə yığması oyuna yaxşı başlayıb və ilk seti qalib başa vurub. Lain növbəti hissəni aktivinə yazan kreyalılar ümumi hesabı bərabərləşdiriblər. Bundan sonra komandalar hərəyə daha bir set qazanıblar. Qarşılaşmanın taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə gözlənilənlərin əksinə olaraq Cənubi Koreya yığması qalib gəlib. 

Beləliklə, 5 setlik oyundan Türkiyə millisi məğlub ayrılaraq olimpiada ilə vidalaşıb. Cənubi Koreya isə adını yarımfinala yazdırıb. 

Qeyd edək ki, qrup mərhələsində 3 qələbə və 2 məğlubiyyətlə Türkiyə millisi tarixində ilk dəfə Yay Olimpiya Oyunlarında 8-liyə düşməyi bacarıb.