"Turan Tovuz"un cəzası 1 illikdir? - ARAŞDIRMA
- 15:41
- 50
UEFA-nın "Turan Tovuz"u avrokuboklardan uzaqlaşdırılma qərarı bir çox sualları özüylə gətirib. Bunlardan biri də bu cəzanın neçə mövsümü əhatə etməsidir. "Rekord.az" olaraq araşdırma etmək və bu suala aydınlıq gətirməyə çalışdıq.
Başlanğıcdan qeyd edək ki, gəldiyimiz nəticə cəza 1 (bir) illik olacağıdır. Ən azından biz belə başa düşdük. Hüquqşünaslar danışsa, daha doğru olardı, amma ortada heç kim olmadığından məcbur biz araşdırma etməli oluruq.
Beləliklə, UEFA-nın açıqladığı qərarda cəzanın UEFA Konfrans Liqasının 2026-27-ci illər mövsümünün əsasnaməsinin 4.01 maddəsinin "g" bəndinə əsasən verildiyi qeyd olunur.
Orada deyilir:
- not have been directly and/or indirectly involved, at any time since 1 March 2016 (i.e. ten years before the entry into force of these regulations), in any activity aimed at arranging or influencing the outcome of a match at national or international level and confirm this to the UEFA administration in writing;
Yəni bu, hərfi tərcümədə bu deməkdir:
- 1 mart 2016-cı il tarixindən (yəni bu qaydaların qüvvəyə minməsindən on il əvvəl) milli və ya beynəlxalq səviyyədə matçın təşkilinə və ya nəticəsinə təsir göstərməyə yönəlmiş hər hansı bir fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etməmiş və bunu UEFA administrasiyasına yazılı şəkildə təsdiqləmiş olmalıdır;
Bura qədəri aydındır. Maraqlısı bundan sonrakı hissədir.
Əsasnamənin 4.02 maddəsində deyilir.
- If, on the basis of all the factual circumstances and information available to UEFA, UEFA concludes to its comfortable satisfaction that a club has been directly and/or indirectly involved, at any time since 1 March 2016 (i.e. ten years before the entry into force of these regulations), in any activity aimed at arranging or influencing the outcome of a match at national or international level, UEFA will declare such club ineligible to participate in the competition. Such ineligibility is effective for only one football season. When taking its decision, UEFA can rely on, but is not bound by, the decision of a national or international sporting body, arbitral tribunal or state court. UEFA can refrain from declaring a club ineligible to participate in the competition if UEFA is comfortably satisfied that the impact of a decision taken in connection with the same factual circumstances by a national or international sporting body, arbitral tribunal or state court has already had the effect of preventing that club from participating in a UEFA club competition.
Tərcüməsi budur:
"Əgər UEFA-nın sərəncamında olan bütün faktiki hallar və məlumatlar əsasında bir klubun 1 mart 2016-cı il tarixindən (yəni bu qaydaların qüvvəyə minməsindən on il əvvəl) milli və ya beynəlxalq səviyyədə matçın təşkilinə və ya nəticəsinə təsir göstərməyə yönəlmiş hər hansı bir fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyi qənaətinə gələrsə, UEFA belə bir klubu yarışda iştirak etməkdən məhrum elan edəcək. Belə uyğunsuzluq (kənarlaşdırma) yalnız bir futbol mövsümü üçün qüvvədədir. UEFA qərar qəbul edərkən milli və ya beynəlxalq idman orqanının, arbitraj tribunalının və ya dövlət məhkəməsinin qərarına etibar edə bilər, lakin buna məcbur deyil. Əgər UEFA milli və ya beynəlxalq idman orqanı, arbitraj tribunalının və ya dövlət məhkəməsinin eyni faktiki hallarla bağlı qəbul etdiyi qərarın təsirinin həmin klubun UEFA klub yarışında iştirakının qarşısını almağa təsir etdiyinə əmindirsə, UEFA klubu yarışda iştirakda məhrum etməkdən imtina edə bilər".
Açıq şəkildə yazılıb ki, bu qərar "yalnız 1 futbol mövsümü üçün qüvvədədir".
Bunu əsas götürərək bildirmək olar ki, "Turan Tovuz" CAS-da da uğursuzluqla üzləşib yarışdan kənarda qalarsa, bu, yalnız 1 (bir) mövsümə şamil ediləcək. Və komanda növbəti dəfə avrokuboklara vəsiqə qazandığı halda, bu turnirlərdə çıxış edə biləcək.
Daha bir məqam 4.02 maddəsinin son cümləsi ilə bağlıdır. Orada qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, vaxtında, yəni 2019-cu ildə yerli orqanlar (məsələn, AFFA) bu məsələ ilə bağlı "Turan Tovuz"un avrokuboklara getməsinin qarşısını alacaq hər hansı qərar qəbul etsəydilər, bu cəza çəkilmiş hesab edilə bilərdi. Burada iki sual yaranır və onlara veriləcək cavab mətləbə aydınlıq gətirə bilər.
Birincisi, AFFA bunu edə bilərdimi, bilərdisə, necə etməli idi? Klub həmin vaxt I Divizionda iştirak edirdi və əsasnaməyə görə avrokuboklara vəsiqə verən ölkə kubokunda çıxış edə bilməzdi. Yəni klub olmayan hüququndan məhrum edilə bilməz. AFFA bunu sonrakı mövsümlərdə - məsələn, elə növbəti - 2020-21-ci illər mövsümündə etsəydi, bu, UEFA tərəfindən müsbət bir variant kimi qəbul edilə bilərdi. Bu da edilməyib.
İkincisi, TT-nin sonrakı 2 ildə Premyer Liqaya buraxılmamasını cəzanın çəkilməsi kimi qələmə verilə bilərmi? Bu suala cavab tapmaq çətindir, çünki UEFA "bu buraxılmama klubun manipulyasiyalarda iştirakına görədir" qeydi edilməyib" deyərək razılaşmaya bilər. Digər tərəfdən, cəza cəzadır. Güclü, təcrübəli hüquqşünas bu məqamdan yapışaraq işdə irəliləyiş əldə edə bilər.