Qadın voleybolçular arasında ölkə birinciliyində daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Super Liqanın növbəti turu çərçivəsində "Murov" və "Azərreyl" kollektivləri qarşılaşıblar.

Görüş gözlənildiyi kimi "Azərreyl"in üstünlüyü ilə keçib. Komanda 4 set davam edən matçda rəqibini 3:1 hesabı ilə məğlub edib.

 

Super Liqa
   “Murov” - “Azərreyl” 1:3 (16:25, 25:22, 21:25, 15:25)