"Sumqayıt" Futbol Akademiyasında maraqlı qadağa tətbiq olunmağa başlayıb.

Rekord.az-ın əldə etdiyi məlumata görə,  akademiyada çalışan məşqçilərə əsas komandanın geyimlərindən istifadə etmək qadağan olunub.

Yəni akademiyada çalışan məşqçilər məşqlərə əsas komandanın formalarında və üst geyimlərində çıxa bilməz. Onlar yalnız akademiya üçün sifariş verilmiş geyimlərdən istifadə edə bilər.