"Zirə"nin Qurban Qurbanovun oğlu Musa Qurbanovu icarəyə götürmək istəyi haqda məlumat vermişdik. Lakin Qurbanov oğlunu hələ ki Ağdam klubunda saxlamağa qərar vermişdi. 

Rekord.az-a daxil olan yeni məlumata görə "Səbail"in baş məşqçisi Aftandil Hacıyev də Musanın xidmətində maraqlıdır.

Bayıl təmsilçisi maddi sıxıntı ucbatınan ola bilsin ki qışda bütün legionerlərini göndərsin. Onların yerinə isə yerli futbolçu transferi lazım olacaq. Musa bu mənada Hacıyevin işinə yaraya bilər. Üstəlik limitə də düşür. Amma təbii ki, bu məsələdə son sözü Qurban Qurbanov deyəcək.