Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 May Müstəqillik Gününə həsr olunmuş şahmat birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində reallaşan yarışda 32 iştirakçı İsveçrə sistemi üzrə 5 turdan ibarət mübarizədə qalib olmağa çalışıb.

İlk üçlük diplom, həvəsləndirici yer sahiblərinə fəxri fərman təqdim olunub.

 Sıralama:

Oğlanlar 

1-ci yer: Coşqun Nəcəfzadə

2-ci yer: Məhəmməd Babayev

3-cü yer: Nail Həmzəyev

 Qızlar 

1-ci yer: Esli Həsənova

2-ci yer: Zəhra Yusifzadə

3-cü yer: Leyla Behbudzadə