I Divizionda 4-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, turun son matçında “Sabah”ın əvəzediciləri Bayılda MOİK-ə qalib gəlib - 4:1.

Kamran Quliyevin dubla imza atdığı görüşdə Fərid Kərimzadə və Cavid Nəcizadə hərəyə bir dəfə fərqlənib. Ev sahiblərinin təsəlli qolu isə 90+3-cü dəqiqədə Emin Mehdiyevdən gəlib.