"Sabah" klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.

Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində "Sabah"ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, "Sabah"la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.