Kamerun yığmasının futbolçusu Qael Ondua DÇ-2022-nin ilk turunda İsveçrə ilə oyuna üzərində Rusiya bayrağı olan butslarla çıxıb.

Rekord.az NRK-ya istinadən xəbər verir ki, bu, Norveçdə etirazla qarşılanıb. Norveç Helsinki Komitəsi kamerunlu futbolçunun cəzalandırılmasını istəyib. Komitənin baş katibi Berin Lindeman bunu Rusiyaya dəstək olan siyasi aksiya adlandırıb.

"Əgər buna reaksiya verilməsə, onda FİFA-nın nə qədər nəzəti itirdiyini göstərəcək" - deyə Liderman bildirib.

Qeyd edək ki, Ondua Rusiya və Kamerun vətəndaşlığına malikdir. O, Moskvanın “Lokomotiv” və SSKA klublarının gənclərdən ibarət, həmçinin “Anji”nin əsas komandasında çıxış edib.

Xatırladaq ki, FİFA və UEFA Ukrayna ilə apardığı müharibəyə görə Rusiya millisinin və klublarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyub.