3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası sentyabrın 5-dən 6-dək Çinin Şanxay şəhərində keçiriləcək FIBA Qadınlar Seriyasının mövsüm finalında iştirak edəcək.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.

Komandanın qrup mərhələsində oyunlarının təqvimi belədir:

5 sentyabr

12:45 - Fransa

14:50 - Niderland

16:55 - Almaniya

Azərbaycan yığması ötən il Şanxayda keçirilən mövsüm finalını ikinci pillədə başa vurub.