Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada bu gün "Neftçi" və "Express" klubları üz-üzə gəliblər.

Görüş birincilərin üstünlüyü ilə keçib. 3 hissə davam edən qarşılaşmada "Neftçi" quru hesablı qələbəni bayram edib.

 

Yüksək Liqası
25 fevral 
   “Neftçi”- “Express” 3:0 (25:9, 25:10, 25:21)