Yay transfer bazarında fəal olan «Neftçi» ötən günlər ərzində 4 yeni legioner alıb.

Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, paytaxt təmsilçisi müdafiə və yarımmüdafiə xətlərini onlarla gücləndirib.

«Ağ-qaralar» daha bir əcnəbi futbolçu alacaq. O da hücum mövqeyinə. Bu zonaya isə namizədlər çoxdur. İndiyədək bakılılara 30-a yaxıın forvard təklif olunub.

«Tələsən təndirə düşən» misalından çıxış edən «Neftçi» rəhbərliyi onların heç birini bəyənməyib. İşin uzanmasında başqa bir amil da rol oynayır.

Belə ki, Premyer Liqanın gümüş medalçısı yeni hücumçunun alınmasına 200 min dollar ayırıb və bu məbləği ödəyəcəyi legioneri yüz ölçüb, bir biçəndən sonra gətirməyi planlaşdırır.