3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununa bu gün çıxacaq.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.