Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə ikincisi qarşılanıb.

İlk görüşdə olduğu kimi bu dəfə də Faiq Qarayevin yetirmələri 3:1 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, millimiz hazırlıq prosesi müddətində Yunanıstan, Latviya və Belarus komandaları ilə iki dəfə qarşılaşıb. Bu oyunların hamısında yığmamız qalib olub.

Yoxlama oyunu 

   Azərbaycan - Belarus 3:1