Xəbər verdiyimiz kimi, Mehman Allahverdiyev "Kəpəz" üçün sponsor tapıb və bu məsələ ilə bağlı onunla AFFA arasında bir müddətdir ki, danışıqlar gedir. Allahverdiyev konkret detalları şəxsən icraçı vitse-prezident Elxan Məmmədovla müzakirə edir.

Lakin etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, danışıqlar hələ ki, uğurlu sonluğa gətirib çıxarmır.

Federasiya klubda müşahidə şurasının saxlanılmasının və AFFA-nın həmin şurada yüksək səviyyədə təmsil olunmasını qəti şərt kimi qoyur. Mehman bəy isə bu şərti qəbul etnək istəmir. Yəni klubu verin, özümüz müstəqil şəkildə idarə edək. Buna isə federasiya qol qoymur. Buna görə də danışıqlar getdikcə uzanır və müsbət nətricə əldə olunmur.