Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Rerord.az xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Mixeil Ergemlidzeni transfer edib. 

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tiflis "Dinamo"sunun yetirməsi olan Ergemlidze karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, ölkəsinin “Çixura”, “Qaqra” və Türkiyənin “Adana Dəmirspor” klublarında da çıxış edib.