
Daha bir təmsilçimiz Dünya Kubokunun yarımfinalında uduzdu
- 17:00
- 36
Azərbaycanın daha bir boksçusu Məhəmmədəli Qasımzadə (60 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokununun yarımfinal mərhələsində məğlub olub.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, bu raundda braziliyalı Luis Qabriel du Nasimentoya uduzduğu üçün bürünc medalla kifayətlənib.
Daha əvvəl Sübhan Mamedov (50 kq) da yarımfinalda uduzaraq bürünc mükafat əldə edib. 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.