Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, “El Paso”nu qəbul edən klub 3:1 hesabı ilə qalib gəlib.

Rüfət oyuna start heyətində başlayıb və 82-ci dəqiqəyədək meydanda olub. 19-cu dəqiqədə penaltidən fərqlənən Dadaşov, komandasının ilk qolunu vurub.

10 xal toplayan “Feniks Rizinq” B qrupunun ikincisidir.