"World Boxing"in təşkilatçılığı ilə qadın və kişi boksçular arasında Liverpulda keçiriləcək ilk dünya çempionatının püşkatma mərasimi baş tutub.


Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.


Bu gün start götürəcək mundialın birinci günündə 2 boksçumuz rinqə çıxacaq. Onların hər ikisi 1/16 finala vəsiqə uğrunda döyüşəcəklər.  


Dünya çempionatı


4 sentyabr


1/32 final


Zaur Qəhrəmanov (65 kq) – Denis Bril (Almaniya)


Sərxan Əliyev (70 kq) – Karlos Flouers (ABŞ)


5 sentyabr


1/16 final


Səidcəmşid Cəfərov (75 kq) – Qavin Rafferti (İrlandiya)


Surət Qarayev (85 kq) – Laçlan Lauson (Avstraliya)


Aynur Mikayılova (57 kq) – Qabriella Veerheym (Niderland)


Sübhan Mamedov (50 kq) – Fredelin De Los Santos (Dominikan Respublikası)


Məhəmməd Abdullayev (+90 kq) – Sezar Peraza La Kruz (Kuba)


6 sentyabr


1/16 final


Məhəmmədəli Qasımzadə (60 kq) – Radoslav Rosenov (Bolqarıstan)/Dövlet Muhanov (Türkmənistan) cütünün qalibi


7 sentyabr


1/16 final


Nicat Hüseynov (55 kq) – Rolando Martines Peres (Kuba)


Murad Allahverdiyev (80 kq) – Amar Koçi (Albaniya)/Meysam Qeşlaqi (İran) cütünün qalibi


8 sentyabr


1/8 final


Alfonso Dominqes (90 kq) – Yasse Kiss (Almaniya)/Yonas Yazeviçyus (Litva) cütünün qalibi


Qeyd edək ki, dünya çempionatında 68 ölkədən 329 kişi, 225 qadın boksçu mübarizə aparacaq. Yarışa sentyabrın 14-də yekun vurulacaq.